SOCAR və “Uniper” şirkətləri arasındakı əlaqələr müzakirə olunub (FOTO)

2022-ci il 28 aprel tarixində Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında
Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti
icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru
Klaus-Diter Maubaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü
olub.

SOCAR-dan AzerTimes-a bildirilib ki, birinci vitse-prezident Rövşən
Nəcəf SOCAR-ın strukturuna daxil olan “Azərikimya” İstehsalat
Birliyi ilə “Uniper” şirkəti arasında əlaqələrdən, o cümlədən
mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs etdi,
bu xüsusda Əlaqələndirmə Komitəsinin fəaliyyətinin əhəmiyyətinə
toxundu. O, birgə layihələrin icrasında “Uniper” şirkətinin müvafiq
təcrübəsinin önəmli rolunu qeyd etdi.

Azərbaycana ilk səfərindən məmnunluq ifadə edən Klaus-Diter
Maubax SOCAR ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirdi və bu
biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini
vurğuladı.

Görüşdə SOCAR ilə “Uniper” şirkəti arasında əməkdaşlığın
müxtəlif istiqamətlərinə, enerji keçidi, o cümlədən bərpaolunan
eneri ilə bağlı mövzulara və qarşılıqlı maraq doğuran digər
məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

Teqlər: