“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır – Brenda Şaffer

Şuşa. Trend:

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində böyük rol
oynayır.

Trend-in məlumatına görə, bunu ABŞ Ali
hərbi-dəniz donanma məktəbinin müəllimi Brenda Şaffer Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq
konfrans zamanı deyib.

“Biz çox mürəkkəb iqtisadi dövrə daxil oluruq. Enerji
təhlükəsizliynin təmin olunması üzrə layihələr mövcud iqtisadi
böhran şəraitində çox vacib rol oynayır və “Cənub Qaz Dəhlizi” bu
layihələrdən biridir”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə
beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel
müzakirələri nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: