Abşeronda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi qeyd edilib (FOTO)

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi,
tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 99 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Abşeron
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində
yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı
Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP
Abşeron Rayon Təşkilatının sədri, təhsil, səhiyyə kollektivləri,
şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak etmişdir.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin,
akademik Zərifə xanın Əliyevanın və vətənimizin bütövlüyü uğrundan
canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla anılmışdır. Sonra gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri
istedada malik həkim, istedadlı alim Zərifə xanım Əliyevanın mənalı
ömür yolundan bəhs edən qısa metrajlı film nümayiş olunmuşdur.

Bilirilmişdir ki, Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim
Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır.
1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunu, 1953-cü ildə isə aspiranturanı başa vurmuş və daha
sonra ardıcıl olaraq tibb elmləri namizədi və Tibb elmləri doktoru
adını qazanmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya
İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə
ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli
zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik,
funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir
sıra qiymətli tədqiqatlar aparmışdır.

Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında
müstəsna xidmətləri vardır. Yüksək elmi nailiyyətlərinə görə
1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ
Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq
görülmüş ilk qadındır.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev bildirmişdir ki, Zərifə xanım Əliyevanın ruhu
şaddır. Çünki əsası ümummilli lider Heydər Əliyev tətəfindən
qoyulan siyasətimizin cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Vətən Müharibəsində
Zəfər qazanmış, 30 il işğal altında olan dədə-baba yurdlarımız
düşməın tapdağından azad edildmişdir. Müzəffər Ali Baş Komandan,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə hazırda Qarabağda böyük abadlıq-quruculuq işləri
həyata keçirilməkdədir.
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, həkim
aftomoloq Elnarə Hüseynova, Abşeron Ağsaqqallar Şurasının sədri
Nadir Ağayev çıxış edərək akademik Zərifə Əliyevanın elmi
fəaliyyətindən, gözəl ailə başçısı olmasından söz açmışlar.
Sonda Zərifə Əliyevanın qızı Sevil Əliyevanın müəllifi olduğu “Ana”
mahnısı tanınmış müğənni, Prezident təqaüdçüsü Amil Həsənoğlu
tərəfindən oxunmuş və bədii kompozisiya təqdim olunmuşdur.

Teqlər: