SOCAR karbamid bazarında öz məhsulu üçün güclü rəqabət gözləmir – Xəyal Cəfərov

Regionda karbamid istehsalının artmasının heç bir mənfi təsiri
yoxdur.

AzerTimes-ın məlumatına görə,
bunu SOCAR-ın karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.

“Birincisi, indi karbamidə təlabat çox böyükdür. Karbamid üçün
əsas xammal təbii qazdır və təbii qazın qiymətinin belə kəskin
artması Avropada gübrə istehsal edən müəyyən zavodların
bağlanmasına gətirib. Buna görə də, təklifin həcmi azalıb, təlabat
isə daim artır.

Ona görə də, böyük rəqabət gözləmirik. İkincisi isə, bizim
karbamidimizin öz bazar payı var və logistik nöqteyi-nəzərdən biz
əlverişli bir yerdəyik. Azərbaycandan Qara Dənizə və ordan da dünya
bazarlarına bizim karbamidi çıxarmaq kifayət qədər rahatdır. Həm
qiymət, həm logistika xərcləri baxımından biz öz bazar payımızı
möhkəm saxlamışıq” – X.Cəfərov qeyd edib.

Teqlər: