Yeni karbamid zavodunun tikintisi gündəmdədir

Yeni karbamid zavodunun tikintisi gündəmdədir.


Trend
-in məlumatına görə, bunu SOCAR-ın karbamid zavodunun
direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, hazırkı zavodda istehsal həcmlərinin artırılması
mümkün deyil:

“Çünki zavodun dizayna uyğun istehsal həcmi var və hansısa
modifikasiya ilə bu həcmi artırmaq mümkün olmayacaq. Yeni karbamid
zavodunun tikilməsi gündəmdə olub və hələ də gündəmdədir. Bu, dünya
bazarlarında olan təlabatdan asılıdır. Ola bilsin, gələcəkdə belə
bir qərar qəbul olunsun”, – direktor vurğulayıb.

Teqlər: