Sabah da Bakıda külək əsəcək, 22 dərəcə isti olacaq

Aprelin 5-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq.
Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi
ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda
gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm
civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 %
olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti,
dağlarda gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.

Teqlər: