“SMART Qarabağ” Hakatonunun qalib komandaları Şuşaya səfər edib (FOTO)

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində keçirilən “SMART Qarabağ” Hakatonunun qalib
komandaları “AzInTelecom” MMC-nin nümayəndələri ilə birlikdə Şuşaya
səfər ediblər.

Səfər zamanı qaliblər Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah
Vaqifin məqbərəsini, Yuxarı Gövhər ağa məscidini ziyarət
ediblər.

Qeyd edək ki, mayın 25-də start götürən “SMART Qarabağ”
Hakatonunda 30 komandadan ibarət 70 yarışçı öz rəqəmsal biliklərini
real layihəyə çevirməyə çalışıblar.

50 saat davam etmiş müsabiqədə işğaldan azad edilən Azərbaycan
ərazilərinin normal regiona transformasiyası istiqamətində bir çox
“Ağıllı həllər” hazırlanıb.

Türkiyə və Azərbaycandan yarışmaya qatılan komandalar Qarabağın
bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev
təsərrüfatı, enerji, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik
sahələrində “Ağıllı həllər” hazırlayaraq təqdim edib.

Mayın 28-də elan olunan nəticələrə görə, Elektron Hökumətin
İnkişafı Mərkəzini təmsil edən Azərbaycan komandası “Safe Karabakh”
– eyni adlı mobil tətbiq I yerin, Türkiyənin “Sytematör” komandası
– SİNA dronu II yerin, Türkiyənin A komandası – “Dayanıqlı ekoloji
ağıllı şəhər modeli” III yerin qalibi olub.

Teqlər: