Azər­baycan-Ermənistan sərhədində içkili erməni hərbçilər arasında atışma olub – DSX (FOTO)

2022-ci il 28 may tarixində Ermənistan mətbuatında
Azər­baycan-Ermənistan döv­lət sərhədində guya Azərbaycan tərəfinin
atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1
hərbi qulluq­çusunun ağır yaralanması barədə məlumatlar
yayıl­mışdır.

AzerTimes-ın məlumatına görə,
Dövlət Sərhəd Xidmətindən (DSX) bununla əlaqədar rəsmi olaraq
bildirilir ki, bu məlu­matlar həqi­qətə uyğun deyil və real­lığı
əks etdirmir.

“Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın
Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonu­nun
Razdərə kəndi) dövlət sər­hə­dinin müdafiəsi və mühafizəsini
hə­yata keçirən bölmələrimiz tərə­fin­­dən həmin gün ərzində ER
ərazisi istiqamətində ümumiyyətlə atəş açılmamışdır.

Eyni zamanda, bölmələrimiz tərəfindən həyata keçirilmiş
müşa­hidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin
dislo­kasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq
etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8
dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin
eşidil­məsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan
çıxarılaraq təx­liyə edilməsi qeydə alınmışdır.

Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər
materialların təhlili hadisənin Ermənistan hərbçiləri­nin öz
aralarında baş verdiyini göstərir.

Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl
ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən inti­zam­sızlıq
hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi
tövsiyə edirik”, – məlumatda deyilir.

Teqlər: