Azərbaycanda koronavirusa 1 nəfər yoluxub, ölən yoxdur

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma
faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb və evə
buraxılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında
Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 759 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 998
nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər
aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 1 706, bu günə qədər isə ümumilikdə 6 892 285 test
icra olunub.

Teqlər: