Sloveniyada parlament seçkilərində səsvermə başlayıb

Sloveniyada parlament seçkilərində səsvermə başlayıb.

AzerTimes-ın
məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə daxilində seçki
məntəqələri açılıb və saat 19:00-a qədər işlərinə davam
edəcəklər.

Səsvermənin nəticələri ilə bağlı ilkin məlumatlar saat 19:30-dan
sonra məlum olacaq.

Aprelin 17-də Sloveniya Mətbuat Agentliyi xəbər verib ki,
parlament seçkiləri zamanı ölkə vətəndaşları 3000-dən çox seçki
məntəqəsində səs verəcək.