İstixanada narkotik tərkibli bitkilər yetişdirən Saatlı rayon sakini saxlanılıb (FOTO)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri
əkib-becərməkdə şübhəli bilinən Mollavaizli kənd sakini Qismət
Rustamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata
görə, Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan
istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə
yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi
götürülüb.

Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu
etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: