Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət Azərbaycanı dünyada hörmətlə yanaşılan ölkəyə çevrib – ŞƏRH

44 günlük müharibədə tarixi Zəfərdən sonra Dünya
Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsinin tarixi
əhəmiyyəti və rəmzi mənası olduqca böyükdür. Müzəffər Ali Baş
Komandan İlham Əliyev Qurultayda çıxış edərək bir çox mühüm
məsələlərə toxundu və Azərbaycanın qətiyyətli mövqeyini bir daha
səsləndirdi.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Cavid Osmanov bildirib ki, Şuşa Azərbaycanın
mədəniyyət paytaxtıdır və dünya incisidir.

“Eyni zamanda Şuşa strateji baxımdan çox əhəmiyyətli bir yerdir.
Digər tərəfdən Şuşa siyasi-ideoloji baxımdan xalqımız üçün böyük
məna kəsb edir. Əlbəttə, Şuşada belə bir mötəbər tədbirin
keçirilməsini bütün dünya azərbaycanlıları böyük qürur və fəxarət
hissi ilə qarşılayır. Tədbirdə iştirak edən soydaşlarımızın sevinci
bunu bir daha sübut edirdi.

Dünya Azərbaycanlılarının I qurultayının 2001-ci ildə ümumilli
lider Heydər Əliyevin təşəbbüsü ilə keçiriləndə məqsəd dünya
azərbaycanlılarını daha da birləşdirmək, koordinasiya etmək,
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq idi. Eyni zamanda ulu
öndərimizin siyasətinin başlıca istiqamətlərindən biri olan
azərbaycançılıq ideologiyasının məfkurəsinin bütün dünya
azərbaycanlıları tərəfindən mənimsənilməsi qarşıya qoyulan
vəzifələrdən biri idi. Bu ideologiyanın məqsədi güclü Azərbaycan
qurmaq idi və 2003-cü ildən bu günə qədər cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan çox güclü və qüdrətli dövlətə
çevrilib”, – deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan dünyada böyük nüfuz qazanmış və
hörmətlə yanaşılan ölkəyə çevrilib.

“Əlbəttə bunun kökündə Prezident İlham Əliyevin 2003-cü ildən
yürütdüyü məqsədyönlü siyasət dayanır. Güclü iqtisadiyyat quraraq,
güclü ordu yaradaraq, gəncləri vətənpərvərlik ruhunda yetişdirərək,
milli birliyimizi möhkəmləndirərək Azərbaycan güclü ölkəyə
çevrildi. Cənab Prezidentin qətiyyəti, prinsipiallığı, diplomatik
məharəti, Müzəffər Ali Baş Komandanlığı nəticəsində 44 günlük Vətən
müharibəsində Azərbaycan tarixinin ən parlaq qələbəsini qazandı”, –
deyə C.Osmanov əlavə edib.

O vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyün bərpa edəndən sonra
da postmünaqişə dövründə də xalqın milli maraqlarına uyğun olaraq
cənab Prezident məqsədyönlü siyasət yürüdür və döyüş meydanında
əldə etdiyimiz tarixi qələbəni diplomatik müstəvidə də davam
etdirir.

Deputat bildirib ki, Azərbaycan 44 gtünlük Vətən müharibəsində
təkcə Ermənistan və dünya erməniliyi ilə müharibə aparmayıb.

“Azərbaycan Ermənistanın himayədarları, onların arxasında
dayanan qüvvələrə də qalib gəldi. Əlbəttə ki, bu baxımdan bu
qələbənin çox böyük tarixi əhəmiyyəti var”, – deyə o əlavə
edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə
AzerTimes-a deyib ki,
2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl
hərflərlə yazıldı.

“Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi.
Torpaqlarımızın işğalına son qoyuldu. Sentyabrın 27-də düşmənin
növbəti hərbi təxribatına cavab olaraq başlayan və hər günü
Azərbaycan Ordusunun bir uğuru ilə tarixə yazılan Vətən müharibəsi
noyabrın 10-də Ermənistanın ölkəmiz qarşısında diz çökməsi ilə başa
çatdı”, – deyə o bildirib.

Deputat qeyd edib ki, ölkəmiz bu uğuru heç də asanlıqla əldə
etməyib. “Həmin günlər Azərbaycan dövləti böyük sınaqlardan çıxdı,
böyük təzyiqlərə sinə gərdi. Lakin bir an belə dayanmadı,
büdrəmədi. Çünki xalq öz Liderinin və ordusnun arxasında idi. Cənab
Prezidentin bəyan etdiyi kimi, bu müharibə bütün dünyaya Azərbaycan
xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Bütün dünya bir
daha Azərbaycanın gücünü gördü, ölkəmizdəki Prezident-Ordu-Xalq
birliyinin şahidi oldu”, – deyə V.İskəndərov əlavə edib.

Onun sözlərinə görə, o günlərdə eyni zamanda Azərbaycan diasporu
da sınaqdan alnıaçıq, üzüağ çıxdı.

“Ordumzu səngərlərdə düşmənlə döyüşərkən, diaspor
təmsilçilərimiz də bütün dünyada erməni lobiisi ilə baş-başa gəldi.
Çox sevindirici haldır ki. Hər iki döyüş də Azərbaycan xalqının
qələbəsi ilə başa çatdı. Məhz buna görə də Dünya
Azərbaycanlılarının Vətən mühairbəsindən sonrakı qurultayınn Şuşada
keçirilməsinin rəmzi mənası var”, – deyə V.İskəndərov əlavə
bildirib.

Deputat qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan
azad olunması ilə biz həm hərbi strateji, həm də mənəvi cəhətdən
mənfur düşmənin müqavmətini tam qırdıq.

“Digər tərəfdən isə Şuşa mənəvi cəhətdən də həmişə xalqımızın
həyatında mühüm rol oynayıb. Qafqazın mədəniyyət beşiyi sayılan
Şuşa Azərbaycana yüzlərlə görkəmli şəxsiyyət bəxş edib. Burada olan
tarixi abidələr, mədəniyyət obyektləri Azərbaycan tarixində mühüm
rol oynayıb. Şuşanın işğaldan azad olunması günü həm də rəmzi məna
daşıyır. Biz çox xoşbəxt insanlarıq ki bu günləri yaşayır və bu
tarixin bir parçasıyıq.

Beləliklə, artıq yeni dövrə qədəm qoymuşuq və cənab Prezidentin
bəyan etdiyi kimi biz bu gün azad Qarabağda, azad Şuşada Dünya
Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər
qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk
dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və
ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Əminəm ki, Zəfər
qurultayının iştirakçıları bundan sonra da Azərbaycanın bir əsgəri
kimi yaşadıqları ölkələrdə bayrağımız, xalqımız, vətənimiz naminə
var gücləri ilə çalışacaqlar”, – deyə deputat sonda əlavə edib.

Teqlər: