Şimali Kipr prezidenti Azərbaycan xalqını təbrik etdi

Şimali Kipr prezidenti Azərbaycan xalqını təbrik etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AzerTimes xəbər verir ki, o, təbrikini Tvitterdə etdiyi paylaşımla çatdırıb.

“34 il əvvəl – 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr – Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”, – dövlət başçısı bildirib.

Teqlər: