Kişilərin yarısı pensiya yaşına çatmırsa… – Deputat

Kişilərin yarısı pensiya yaşına çatmırsa… – Deputat

Statistika Komitəsinin yaydığı məlumatı oxudum. Mediada yayılan məlumata görə, ölkə üzrə kişilərin yalnız 47 faizi 65 yaşa çatmır.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev bu gün Milli Məclisdə büdcə layihəsi ilə bağlı müzakirələr zamanı deyib.

O bildirib ki, bu, həqiqətən də üzərində ciddi düşünülməli olan rəqəmdir:

“Həm də onu deməyə əsas verir ki, biz pensiya yaşını aşağı salmalıyıq ki, heç olmasa 47 faiz kişi 2-3 il pensiya ala bilsin”.

Teqlər: