“SİMA” rəqəmsal imzası ilə “PAŞA Bank”dan kredit əldə etmək daha da asanlaşdı

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
müştərilərin ehtiyaclarını qarşılamaq məqsədi ilə qabaqcıl rəqəmsal
həllərin tətbiqini davam etdirir.

Belə ki, Bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri
ilə bağlı sorğularını yeni mobil
tətbiqi
üzərindən göndərə, müvafiq sənədləri isə “SİMA” – yeni
nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə
kredit əldə edə biləcəklər.

“Müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən müraciət
etdiyi kredit vəsaitini birbaşa onun istifadəsində olan əməkhaqqı
kartına ala biləcək. Rəqəmsal xidmətlərin tətbiqinin və
istifadəsinin genişləndirilməsini, eləcə də biznes proseslərinin
sürətləndirilməsini hədəfləyən “SİMA” vasitəsilə gələcəkdə
bankımızın digər məhsullarından da istifadə mümkün olacaq”, – deyə,
“PAŞA Bank”ın Fərdi bankçılıq departamentinin direktoru Anar
Abbasov bildirib.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində
fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ
həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq
olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün
olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan
kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet
provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və
xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət təklif edənlər
üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin
azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan
verəcək. Bundan əlavə, “SİMA”nın istənilən sistemə inteqrasiya
oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün
sürətli və istənilən sayda imzalama imkanı qazandırır”, –
“AzInTelecom”um Kommersiya departamentinin direktoru Ruslan Əliyev
qeyd edib.

Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün “SİMA” tətbiqini mobil cihaza
yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

“SİMA” rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin
rəsmi saytından və 157
qısa nömrəsi ilə əlaqə saxlayaraq Çağrı Mərkəzindən əldə edə
bilərsiniz.

Teqlər: