Peyvənd orucu pozurmu?

İki ildən çoxdur ki, davam edən pandemiya həyatımızın bir
hissəsinə çevrilib. Koronavirusla mübarizədə tez-tez istifadə
olunan dezinfeksiyaedicilərin, maye məhlulların, eyni zamanda
vaksin və digər vasitələrin orucu batil edib-etmədiyi hər kəsi
maraqlandıran suallardandır.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli
bildirib ki, gigiyena məqsədi ilə odekolon və dezinfeksiyaedici
maddənin istifadəsi orucu pozmur.

“Artıq iki ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf
edir.

Hazırda ölkə vətəndaşları arasında da koronavirus infeksiyasına
qarşı vaksinasiya prosesi aparılır. Əgər vurulan iynə qidanı əvəz
etmirsə, bu, orucu pozmur”,- deyə ilahiyyatçı bildirib.

Teqlər: