Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir (VİDEO)

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və
bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay
mövsümünə keçirilməsi prosesi davam etdirilir.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət
məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq
döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının
dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti
yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq
göstərilir.

Bundan başqa şəxsi heyətlə yay şəraitində texnikanın istismarı
qaydaları və təhlükəsizlik tələblərinin öyrənilməsi üzrə dərslər
keçirilir.

Teqlər: