Astarada narkotik tərkibli bitkilər yetişdirən rayon sakinləri saxlanılıb (FOTO)

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş
2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçisəində
narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan
şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində
əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, daxil olmuş məlumat əsasında Astara Rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri
yetişdirməkdə şübhəli bilinən rayonun Suparibağ kənd sakini
M.Həsənov saxlanılıb. Onun yaşadığı evin həyətində əkərək
kultivasiya yolu ilə yetişdirdiyi 21 ədəd narkotik xassəli çətənə
bitkisi aşkar edilərək götürülüb. Həmin şəxsin yaşadığı evə
keçirilən baxış zamanı oradan narkotik vasitə olan qurudulmuş
marixuana və çətənə bitkisinin toxumları aşkarlanaraq
götürülüb.

Astara polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə
həmçinin digər bir rayon sakininin də həyətyanı sahəsindən
kultivasiya yolu ilə əkib becərilmiş 8 ədəd xaş-xaş bitkisi
aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Teqlər: