Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib – Sərəncam

Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının
tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının
aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının

Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Müşahidə Şurasının üzvləri

Şahin Əliyev – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasının rektoru

Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin hakimi

Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti
Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri

Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının
rəhbəri.

Teqlər: