Səudiyyə Ərəbistanı və Argentina “BRICS” formatına qoşulmaqda maraqlı olduqlarını bildiriblər

Səudiyyə Ərəbistanı və Argentina “BRICS” formatına (Braziliya,
Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaqda maraqlı
olduqlarını bildiriblər.

Trend xəbər verir ki, bunu “RT Arabic” telekanalına
müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov
deyib.

“Səudiyyə Ərəbistanı və xarici işlər naziri Santyaqo Kafiero
vasitəsilə BRICS-in tamhüquqlu üzvü olmaq istədiyini bəyan edən
Argentina buna (BRICS “beşliyinə” – red.) maraq göstərir”, – deyə
S.Lavrov bildirib.

Onun sözlərinə görə, hazırda bu “beşliyin” növbəti sammiti
hazırlanır. “Onun çərçivəsində onlarla inkişaf etməkdə olan
dövlətin iştirak edəcəyi “outriç” formatı yaradılacaq”, – deyə
nazir bildirib.