Serxio Peres Formula 1 üzrə Monako Qran Prisinin qalibi olub

“Red Bull” komandasının meksikalı pilotu Serxio Peres” Formula
1″ üzrə dünya çempionatının növbəti mərhələsi olan Monako Qran
Prisinin qalibi olub.

Trend xəbər
verir ki, ikinci yerə “Ferrari”dən ispaniyalı Karlos Sayns, üçüncü
yerə isə hollandiyalı Maks Ferstappen (Red Bull) çıxıb.

Yarış yağış səbəbindən gec başlayıb. Həmçinin Mik Şumaxerin
iştirak etdiyi qəzaya görə fasilələr yaranıb.

Ümumi sıralamada liderliyi “Formula 1” üzrə hazırkı çempion
hollandiyalı Maks Ferstappen (125 xal) qoruyub saxlayır. “Ferrari”-nin monakolu pilotu Çarlz Lekler 116 xal ilə ikinci,
Peres isə 110 xal ilə üçüncüdür.

Teqlər: