Fransada 16 meymun çiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb

Fransanın səhiyyə orqanları ölkədə 16 meymun çiçəyi xəstəliyinə
yoluxma faktını təsdiqləyib.

Trend “TASS”a
istinadla xəbər verir ki, Fransa Milli Səhiyyə Agentliyi
yoluxmaların əksəriyyəti paytaxt Parisdə qeydə alınıb.

Son zamanlar Qərbi Avropanın bir sıra ölkələrində geniş yayılan
meymun çiçəyi virusu digər qitələrdə də aşkarlanıb.

Yoluxma halları Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya,
İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və
İsveç və digər ölkələrdə qeydə alınıb.