Şərur rayonunun bütün yaşayış məntəqələri sürətli internetlə təmin olunub

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun bütün yaşayış
məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin
olunub.

Trend bu barədə Muxtar Resbpublikanın Rabitə və Yeni
Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, 2022-ci ilin ilk rübündə Şərur rayonunun bir
sıra yaşayış məntəqələrində 14 yeni ATS istismara verilib.

“Nəticə etibarı ilə ümumilikdə 448 istifadəçinin internetə olan
tələbatının ödənilməsinə şərait yaranıb. İlk rüb ərzində rayonda 79
abonent yeni stasionar telefon xətti ilə, 381 abonent isə ADSL
internetlə təmin olunub”, – məlumatda deyilir.

Eyni zamanda, hesabat dövründə rayonda 672 nömrə tutumlu yeni
nəsil ATS quraşdırılıb.

(Tərcümə: Orxan Nəbiyev)