Türk Lirəsi valyutasında “Bankkart” ilə onlayn alış-veriş etmək indi daha sərfəlidir!

Daim müştəri məmnuniyyətinə böyük önəm verən Ziraat Bank
Azərbaycan, indi də Bankkart müştəriləri üçün aprel ayı ərzində
VISA ilə əməkdaşlığı çərçivəsində kampaniya həyata keçirir.
Kampaniyaya əsasən 30 aprel 2022-ci il tarixinədək VISA “Bankkart”
vasitəsilə
Trendyol.com
saytında alış-veriş edən müştərilər 600 TL-dən çox
ödəniş etdiklərində 60 TL dəyərində endirim əldə edəcəklər. Qeyd
edək ki, Azərbaycanda bir ilk olan Türk Lirəsi valyutasında
“Bankkart” ilə alış-veriş etmək bu kampaniyadan faydalanmaq istəyən
müştərilərə daha çox üstünlük qazandıracaq. Belə ki, müştərilər TL
valyutasında ödənişlərini Bankkart vasitəsilə reallaşdırarkən əlavə
konvertasiya əməliyyatlarının baş tutmaması səbəbi ilə komissiya və
konvertasiya itkilərindən də azad olurlar.

Sözügedən məhsul, Türkiyədə istirahət, alış-veriş etmək və
təhsil almaq istəyən şəxslərə də əlavə imtiyazlar bəxş edir. Belə
ki, kart əməliyyatlarında ikiqat konvertasiya xərcləri və
komissiyadan azad olunmaqları ilə yanaşı müştərilər daha sərfəli
şərtlərlə Türkiyədə nağdlaşdırma imkanı da qazanırlar. Qeyd edək
ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə
nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edərkən, Ziraat Bankın
Bankkart kartı ilə Ziraat Bank Türkiyə ATM-lərindən nağdlaşdırma
komissiyası cəmi 0.5% (min. 10 TL) təşkil edir.

Ziraat Bank Azərbaycan Türk Lirəsi valyutasında “Bankkart”-ın
əldə olunma şərtlərini də çox asandır. Belə ki, müştərilər Banka
gəlmədən kart sifarişlərini onlayn qaydada həyata keçirə bilərlər.
Onlayn kart sifarişi növbəti linkə keçid alaraq icra edilə bilər.
Link: https://bit.ly/3NUwnNQ .
Müştərilər, həmçinin karta vəsaitin mədaxilini də eManat terminalı
vasitəsi ilə rahat icra edə bilərlər.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Teqlər: