Sərhəddə keçid məntəqəsi quruldu, ermənilər gözləyir – Video

Sərhəddə keçid məntəqəsi quruldu, ermənilər gözləyir – Video

Xəbər verdiyimiz kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub və bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

AzerTimes xəbər verir ki, sərhəd-keçid məntəqəsi qurulduqdan sonra ermənilər sərhədimizin girişindən video paylaşıblar. Paylaşımda sərhədçilərimizin yolda keçid məntəqəsi aydın görünür.

Teqlər: