424-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

424-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 424-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 411 təyyarəsi, 228 helikopteri, 3796 PUA-sı, 415 zenit-raket kompleksi, 8809 tank və digər zirehli texnikası, 1093 reaktiv yaylım atəş sistemi, 4642 artilleriya və minaatanı, 9699 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: