Messi artıq Barselonadadır

Messi artıq Barselonadadır

Argentina milli və PSJ klubunun hücumçusu Lionel Messi ailəsi birlikdə Barselonaya yola düşüb.

AzerTimes xəbər verir ki, bu barədə ispan jurnalist Jerar Romero məlumat verib.

Onun sözlərinə görə, argentinalı futbolçu media ilə görüşməmək üçün hava limanının binasını gizli çıxışdan tərk edib. Bununla yanaşı, Messinin ailəsi özü ilə Barselonaya 15 çamadan aparıb.

Qeyd edək ki, KİV-də Lionel Messinin “Barselona” klubuna geri qayıdacağı ilə bağlı məlumatlar yayılmışdı.

Teqlər: