Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.

Məktubda deyilir:

“Cənab Prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost
Azərbaycan xalqına İtaliya Respublikası adından və şəxsən öz
adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bir neçə gün əvvəl Bakı ilə Roma arasında diplomatik
münasibətlərin qurulmasının 30 illik yubileyi münasibətilə
göndərdiyiniz təbrik məktubuna görə Zati-alinizə təşəkkürümü
bildirir, bu münasibətlə mən də Sizə ən səmimi təbriklərimi
yetirirəm.

Çoxsaylı görüşlərimiz, xüsusilə də qarşılıqlı dövlət
səfərlərimiz zamanı qeyd etdiyimiz kimi, birgə maraq kəsb edən
bütün sahələrdə ikitərəfli münasibətlərimizdə əldə olunan bu yüksək
səviyyəni vurğulamaqdan xüsusi məmnunluq duyuram.

İkitərəfli tərəfdaşlığımız iqtisadi əməkdaşlığın inkişafından
başlamış, siyasi, mədəni və sosial sahələri də əhatə etmişdir. Bu
müsbət təcrübədən çıxış edərək, əminliklə deyə bilərəm ki,
xalqlarımızı birləşdirən səmimi dostluğun gələcək illərdə daha da
dərinləşməsi üçün yeni imkanlar yaranacaqdır.

Bu xüsusda, İtaliya ölkənizlə Avropa İttifaqı arasında
tərəfdaşlıq sazişinin imzalanmasına yönəlmiş danışıqlara bundan
sonra da tam dəstəyini verəcəkdir.

Sentyabr ayında Sizinlə yenidən Romada görüşməkdən məmnun
olacağımı bildirirəm.

Bu əlamətdar tarix – milli bayramınız münasibətilə bir daha
Sizə, nəcib xanımınıza və bütün həmvətənlərinizə ən xoş arzularımı
çatdırıram”.

Teqlər: