İraq lideri Prezident İlham Əliyevi təbrik edib

İraq Respublikasının Prezidenti Bərham Salehdən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimi, dost xalqınıza və ölkənizə isə
tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq
duyuram.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımızın tərəqqisi və
rifahı naminə ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək,
dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində
olduğumuzu vurğulayıram”.

Teqlər: