Serbiyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Serbiyada keçirilmiş prezident seçkilərində hazırkı prezident
Aleksandr Vuçiç səslərin 59,5 faizini toplayaraq birinci turda
qalib gəlib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Respublika Seçki Komissiyası
bildirib.

Bu saatadək səslərin 90 faizinin sayıldığı bildirilir.

İkinci yeri, Serbiya Baş Qərargahının sabiq rəisi Zdravko Ponoş
tutub.