Mərkəzi Gömrük Hospitalının həkimi Rusiya Rinologiyasının 30 illiyinə həsr olunmuş kursda iştirak edib (FOTO)

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Elvin Əzizov
Rusiya Rinologiyasının 30 illiyinə həsr olunmuş “Burun boşlugu,
paranazal sinuslar və qonşu anatomik strukturların, kadavra
materialı üzərində bazal və genişləndirilmiş funksional endoskopik
sinus cərrahiyyəsi” yubiley disseksiya kursunda iştirak edib.

31 mart – 2 aprel 2022-ci il tarixlərində Türkiyənin Antalya
şəhərində keçirilən kursda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan
həkimlər iştirak ediblər. Ustad dərslərdə iştirak edənlər türkiyəli
həkim Dr. Metin Önerçinin həyata keçirdiyi dörd parlaq endoskopik
pansinusotomiya əməliyyatlarını izləmiş, əməliyyatlararası
fasilələrində isə rusiyalı həkimlər Dr.Andrey Lopatin və Dr.Gennadi
Piskunovun mühazirələrini dinləyiblər. Bütün əməliyyatlar
professorların şərhləri ilə müşayiət olunub.

Həmçinin, tədbir iştirakçıları beynəlxalq disseksiya yubiley
kursunda canlı cərrahiyyə əməliyyatlarını izləyib, Rusiyanın və
Türkiyənin tanınmış yüksəkixtisaslı mütəxəssislərinin məruzələrini
dinləyiblər.Ustad dərslərdə burun boşluguna, paranazal sinuslara və
qonşu anatomik strukturlara aid 15-ə yaxın əməliyyat nümayiş
etdirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim
olunub.

Qeyd edək ki, artıq 30 ildir Rusiya Rinoloqlar Cəmiyyəti
vaxtaşırı olaraq burun və paranazal sinusların xəstəlikləri ilə
maraqlanan mütəxəssisləri bir araya gətirir, otorinolarinqoloqlar
və yaxın ixtisasların nümayəndələri: üz-çənə, plastik və
neyrocərrahlar, oftalmoloqlar, allerqoloqlar, immunoloqlar və
başqaları arasında təcrübə mübadiləsinə kömək edir.

Teqlər: