bp BTC kəməri ilə neft ixracının həcmini açıqlayıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında
istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru
kəməri vasitəsilə ümumilikdə təqribən 509 milyon tondan çox (3,82
milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 007 tankerə
yüklənərək dünya bazarlarına göndərilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat
verir.

Qeyd edək BTC boru kəmərinin ümumi uzunluğu 1 768
kilometrdir.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR
(25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%),
TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil
(2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: