Şəkidə sexdən 15 000 manatlıq oğurluq edən işçi tutulub (FOTO)

Şəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən
15 000 manatlıq oğurluq edilib. Polis Şöbəsinə müraciət edən
zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000
manat dəyərində materialların oğurlandığını və “VAZ-2104” markalı
avtomobilin qaçırıldığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə
sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli
şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən
tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi
məlum olub.Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat
vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları
xərclədiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, H.Məmmədovun digər
cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Teqlər: