İranda 270 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 270 nəfər koronavirusa (COVID-19)
yoluxub, 8 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 165 nəfərə,
yoluxanların sayı isə 7 234 701 nəfərə çatıb. Virus
daşıyıcılarından 916 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7 002 258 nəfər koronavirusdan sağalıb, 51,4
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 27,1 milyon təşkil
edir.