Səhiyyə naziri karantin rejiminin tam ləğvindən danışıb

Tibbi maskadan istifadə ləğv edilsə də, əhali payız aylarında
ehtiyatlı olmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev
deyib.

O bildirib ki, artıq bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı
da xəbərdarlıq edib.

“Bilirsiniz ki, ölkədə maskadan istifadə ləğv edilib. Amma biz
arxayınlaşmamalıyıq. Hər an ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki,
qəfil sıçrayış olsun. Koronavirus infeksiyası dəfələrlə “sürprizlər” göstərib. Ona görə də virusun yeni mutasiyasının
olub-olmaması məlum deyil. Ona görə də ölkədə karantin rejiminin
tam ləğv edilməsini bir müddət gözləmək lazımdır”,-nazir qeyd
edib.

Teqlər: