DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər (FOTO/VİDEO)

Xəbər - Ternd:

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin
məzarını ziyarət ediblər.

Trend Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadən
xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan
təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün
25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi,
dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə
bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin
əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil
qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi
anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Teqlər: