Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər verib – XİN

Brüsseldə keçirilən görüş zamanı əldə olunan razılıqlardan biri
onda ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata
keçirilməsi ilə bağlı kommisya yardılacaq və kommisyanın aprel
ayının sonundək ilk iclasının keçirilməsi planlaşdırılırdı.

Trend-in məlumatına görə, xarici işlər naziri
Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib

Brüssel görüşü keçirilməzdən öncə Ermənistan xarici işlər naziri
ilə arasında 2 dəfə telefon danışığı olduğunu qeyd edən nazir, bu
danışıqlar zamanı kommisiyanın tərkibi ilə bağlı təkliflərin
verildiyini bildirib.

“Azərbaycan-Ermənistan sərhəddinin delimitasiya prosesinin,
digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra
xüsusiyyətləri, fərqləri nəzərə alaraq, bizim təklifimiz o olmuşdu
ki, kommisiya fərqli bir formatda təşkil edilməlidir və ona
rəhbərlik daha yüksək səviyyədə olmalıdır. Azərbaycan tərəfinin
təklifi, bizim tərəfdən kommisiyaya rəhbərlik edəcək şəxsin baş
nazirin müavini səviyysində şəxsin olması idi. Onu da qeyd
etməliyik ki, ilk telelfon danışığımız zamanı Ermənistan xarici
işlər naziri bunu anlaşıqlı qəbul etdi və bunun daxildə müzakirəsi
üçün əlavə zaman lazım olduğunu bildirdi. Daha sonra belə bir
təklifin onlar üçün də məqbul olmasını bildirdi. Kommisiyanın
tərkibi barədə tərəflərin razılığı mövcuddur. Azərbaycan aprel
ayında bu iclasın keçirlməsinə hazır idi. Ermənistan tərəfi öz
prosedurlarını başa çatdırdıqdan sonra düşünürəm ki, belə bir
iclası keçirmək mümknü olacaq”, – deyə C. Bayramov bildirib.

Teqlər: