Şəhid statusunun verilməsi hansı qurumun səlahiyyətindədir? – Nazir müavinindən açıqlama

Şəhid statusunun verilməsi səlahiyyəti güc strukturlarına
aiddir.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən
iclasında deyib.

O qeyd edib ki, həlak olan əsgər heyətinə şəhid statusunun
verilməsi səlahiyyəti Səfərbərlik Xidmətinə, zabit heyətinə şəhid
statusu verilməsi Müdafiə Naziriyinə aiddir. “Status verildikdən
sonra imtiyazların həyata keçirilməsi Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə şamil olunub”, – deyə nazir müavini
bildirib.

Teqlər: