Bakıda “Cavan Urban Fest” başlayır (FOTO)

Bakıda “Cavan Urban Fest” layihəsi işə başlayır.

“CAVAN” Gənclər Hərəkatından AzerTimes-a verilən məlumatına görə,
Azərbaycan Gənclər Fondu, Su İdman Sarayı, G-Shock, Urban Art
Azerbaijan, Ecaz və Flora Hostelin tərəfdaşlığı ilə keçirilən və 28
May – Müstəqillik Gününə həsr olunmuş festivala sabah start
verilir.

Avropa Oyunları Parkında mayın 28-29-30-u tarixlərini əhatə
edəcək müasir incəsənət, rəqs, bitboks, skeytbord, 3×3 basketbol
yarışları və əl işlərindən ibarət yarmarka, parti və konsert
proqramları təşkil olunacaq.

Layihənin məqsədi cəmiyyətimizi müasir mədəniyyət mövzusunda
maarifləndirmək, müasir mədəniyyət və incəsənət sahələrinə marağı
olan gənclərin dəstəklənməsi və istedadlarının üzə çıxarılması,
gənclər arasında asudə vaxtın səmərəli təşkili və şəbəkələşməni
təmin etmək, yeni başlayan və ya bu sahədə özünü inkişaf etdirmək
istəyən gənclər üçün təlim və master-klasslar keçirməkdir.

“CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi 2017-ci ilin 20
sentyabr tarixindən etibarən fəaliyyətə başlayıb. Respublikanın
gənclər siyasətinin məqsəd və prinsiplərini əsas istiqamət olaraq
müəyyənləşdirən “Cavan” gənclərin maraq dairələrinə uyğun,
əyləncəli və öyrədici, həmçinin onlar arasında şəbəkələşmənin
güclənməsinə töhfə verən layihələr təşkil edir. “İndi başla!” şüarı
altında keçirilən layihələr bu günə qədər 5 mindən çox gənci əhatə
edib.

Teqlər: