Ramiz Göyüşovun partiya sədrinə qarşı məhkəməsi başlayıb

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının
həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında
verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

AzerTimes-ın məlumatına görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə
keçirilən hazırlıq iclasında Əli Əliyevlə yanaşı xüsusi ittihamçı
Ramiz Göyüşov da iştirak edib.

Ramiz Göyüşov təqsirləndirilən şəxsin onun şərəf və ləyaqətinə
toxunan ifadələr işlətdiyini buna görə də məsuliyyətə cəlb
olunmasını istəyib.

Təqsirləndirilən şəxs şikayətin əsassız olduğunu deyib:

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək
iddia ərizəsinə xitam verilməsini istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Əli Əliyev barəsində xüsusi ittiham qaydasında qaldırılmış
şikayət icraata götürülüb.

Baxış iclası iyunun 3-ə təyin olunub.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial
şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov
YAP-dan kənarlaşdırılıb.

Teqlər: