Səfər Mehdiyev Xaçmazda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət
Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər
Mehdiyev aprelin 29-da saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev
Mərkəzində (Xaçmaz şəhəri, Nəriman Nərimanov küç. 72A) Xaçmaz və
Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Xaçmaz və Şabran rayonları sakinlərinin yalnız
gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi,
Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə
saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər”
və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/)
qəbula yazıla bilərlər.

Teqlər: