Niderland kənd təsərrüfatı və su təchizatı sahələrində Azərbaycanla əməkdaşlığı nəzərdən keçirir

Niderland kənd təsərrüfatı və su təchizatı sahələrini
Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün potensial sahələr
kimi nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Niderlandın
Azərbaycandakı səfiri Pauline Eizeman deyib.

“Kənd təsərrüfatında böyük təcrübəsi olan Niderland Azərbaycanda
bu sektorun inkişafına məmnunluqla öz töhfəsini verə bilər”, –
səfir deyib.

O, həmçinin qeyd edib ki, bu məsələnin ətraflı müzakirəsi üçün
kənd təsərrüfatı naziri ilə görüşməyi planlaşdırır.

Səfir əlavə edib ki, su təchizatı sahəsində işləyən Niderland
şirkətləri Azərbaycanla əməkdaşlıq qurmağa çalışır.

(Tərcümə: Orxan Nəbiyev)