Avstriya Rusiya qazını rublla almağa razılıq verib

Avstriya Rusiyadan nəql olunan qazın rublla ödənişinə razılıq
verib.

Trend-in
məlumatına görə, bunu Avstriya kansleri Karl Nehammer deyib.

“Bizim OMV neft-qaz şirkəti ödəniş şərtlərini qəbul edib. Bu
şərtlər sanksiya şərtlərinə uyğun hesab edilib. Bizim üçün bu, çox
vacibdir”, – deyə kansler bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın “Qazprom” şirkəti rublla ödəniş
etmədikləri üçün Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb.