Şamaxı türk dünyasının turizm paytaxtı seçilib

Şamaxı. Trend:

Şamaxı şəhəri 2022-ci il üçün türk dünyasının turizm paytaxtı
seçilib.

AzerTimes-ın məlumatına görə, bu
qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası
və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin
7-ci görüşündə təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın
Baş Nazirinin müavini, turizm və mədəni irs naziri Əziz
Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini
Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini
Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda
müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Viktor Sederkenyi iştirak ediblər. Türkmənistan
mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn
qoşulub.

Teqlər: