Sabunçu dairəsi hər səhər niyə bağlanır? – DYP-dən açıqlama

Hər gün səhər saatlarında Zabrat qəsəbəsindən Sabunçu dairəsinə
kimi böyük tıxac yaranır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis
İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Vaqif Əsədov pik saatlarda paytaxtda bir neçə
istiqamət üzrə sıxlıq yaşanır.

“Ləngimələr daha çox metronun “Koroğlu” stansiyası
istiqamətində, Tbilisi prospektində, Biləcəri enişində olur.
Sıxlığın əsas səbəbi də bəzi sürücülərin dayanma-durma tələblərini
pozması, eyni zamanda şəhərin mərkəzinə doğru zolaqlar üzrə
avtomobillərin sıx cərgələnməsidir.

Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolundan Heydər Əliyev
prospektinə çıxan yolda sürücülər əsasən səhər saatlarında 20-30
dəqiqə dayanmalı olur. Çünki yol polisi Sabunçu körpüsü ilə
aeroport şosesinin kəsişməsində avtomobilləri hissə-hissə buraxır
və keçmə növbəliliyini hissə-hissə tənzimləyirlər. Əgər həmin
ərazidə əməkdaşlar xidmət aparmasa, nəqliyyat vasitələrinin
hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, “Koroğlu” stansiyası istiqamətində avtomobillər saatlarla tərpənməz
vəziyyətdə qalar və hərəkət dayanar”, – deyə o bildirib.

Teqlər: