FAO Azərbaycan hökuməti ilə aqrar layihələr üzərində işləyir

BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan
hökuməti ilə kənd təsərrüfatı sahəsində bir sıra layihələr üzərində
işləyir.

Trend-in məlumatına görə, bunu FAO-nun
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Melek Çakmak FAO ilə “Agrarco” şirkəti arasında əməkdaşlıq və fəaliyyətin koordinasiyası
barədə sazişin imzalanması mərasimində deyb.

Onun sözlərinə görə, layihələr heyvandarlıq, biktiçilik,
məsləhət xidmətləri kimi sahələri əhatə edir.

“Azərbaycanda fındıqçılıq sahəsində, ixracla bağlı məsləhət
xidmətlərinə böyük tələbat var. FAO 2020-ci ildən Azərbaycanda
fındıq istehsalının sürətləndirilməsi üzrə layihə reallaşdırır”, –
M.Çakmak deyib.

FAO nümayəndəsi bildirib ki, təşkilat Azərbaycanın özəl sektoru
ilə əməkdaşlıq edir.

“Biz bir müddət əvvəl özəl sektorla tərəfdaşlığın genişlənməsinə
xidmət edəcək proqram hazırlamışıq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)