Azərbaycan dünya bazarlarına fındıq ixracının həcminə görə ilk üçlükdədir – Nazirlik

Azərbaycan dünya bazarlarına fındıq ixracının həcminə görə ilk
üç ölkə sırasına daxildir.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı
Nazirliyinin nümayəndəsi Surxay Novruzov BMT-nin Ərzaq və Kənd
təsərrüfatı Təşkilatı (FAO) ilə “Agrarco” şirkəti arasında
əməkdaşlıq və fəaliyyətin koordinasiyası barədə sazişin imzalanması
mərasimində deyb.

Onun sözlərinə görə, bu il Azərbaycanda 67 min ton fındıq
yığılıb.

“Fındığın təxminən 95-96 faizi Avropa bazarlarına ixrac edilir.
Həm də qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti fındıq
istehsalı ilə məşğul olan sahibkarları təşviq edir. Hər il onlara
4,4 min manat məbləğində birdəfəlik vəsait ayrılır. Dövlət
proqramları gələcəkdə də bu sahədə olan sahibkarların təşviqini
davam etdirəcək”, – S.Novruzov deyib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi qeyd edib ki,
beynəlxalq əməkdaşlıq çərçivəsində fındıq istehsalının
genişləndirilməsi, eləcə də müxtəlif zərərverici və bitki
xəstəlikləri ilə mübarizə sahəsində işlər aparılır.

(Tərcümə: Orxan Nəbiyev)