Azərbaycan məhsulu KOBİA-nın dəstəyi ilə ölkə xaricində fəal təşviq olunur

İçərişəhərdə keçirilən “KOB Fest” yarmarkasında 80-dən çox
sahibkar iştirak edir.

Trend-in
məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
İdarə Heyətinin sədri Orxan Məmmədov Sahibkarlar gününə həsr
olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu”
konfransında deyib.

Onun sözlərinə görə, bu yarmarkanın İçərişəhərdə müntəzəm
keçirilməsi planlaşdırılır.

“Azərbaycan məhsulu agentliyimizin dəstəyi ilə ölkə xaricində də
fəal təşviq olunur”, – O.Məmmədov deyib.

(Tərcümə: Orxan Nəbiyev)