Sabah Bakıda 15 dərəcəyədək isti olacaq

Martın 2-də ölkə ərazisində gözlənilən hava şəraiti
açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq
küləyi əsəcək.

Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 10-15° isti, Bakıda
gecə 5-7° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa
enəcək.


Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, gündüz
tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda
gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Teqlər: