Elektron satınalmalara tam keçid planlaşdırılır – Antiinhisar xidməti

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda tamamilə elektron satınalmalara keçid
planlaşdırılır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti rəhbəri Məmməd Abbasbəyli 2021-ci ilin yekunları ilə bağlı
mətbuat konfransında deyib.

O bildirib ki, bu il “etender.gov.az” portalını modernləşdirmək
və bu resursda yerləşdirilən tenderlərin sayının artırılması üzrə
işlər aparmaq nəzərdə tutulur.

“Həmçinin dövlət satınalmaları barədə yeni qanun layihəsi təqdim
olunacaq. Bu, yüz faiz elektron satınalmalara keçidi nəzərdə
tutur”, – deyə o bildirib.


Xidmət rəhbəri bildirib ki, 2020-ci ildə dövlət portalında qeydə
alınan tender elanlarının sayı 7 776, 2021-ci ildə isə 8 638
olub.

(Tərcümə: Orxan Nəbiyev)